0 Comments

KOZIKÖRPƏÇ VƏ BAYANSILU” DASTANININ TƏRCÜMƏSİ

Sibir tatarlari barədə bir neçə söz

Sibir tatarları, əsasən, Rusiya Federasiyasının indiki Tümen, Omsk, Novosibirsk, Tomsk vilayətlərinin kənd rayonlarında və eləcə də Qərbi Si­birin Tümen, Tobolsk, Omsk, Novosibirsk, Tomsk, Tar, Barabinsk şə­hər­lərində yaşayırlar. Rusiya əhalisinin 1897-ci il siyahıya alınmasında on­ların ümumi sayı 46 min nəfərdən artıq göstərilir. SSRİ əhalisinin 1926-cı il siyahıya alınmasında isə Sibir tatarlarının sayının 70 min nə­fər­dən çox olduğu bildirilir (5).

1989-cu il siyahıya alınmasında Tümen vi­layətində yaşayan və sayları 227 min göstərilən (4, 24) tatarlardan baş­qa Sibir tatarlarının günümüzdə ümumi saylarının nə qədər olması ba­rə­də məlumat əldə edə bilmədik. Sibir tatarlarının dili tatar dilinin böyük dialektlərindən biridir. Bu dia­­lektin özü də tobol, tar, tümen və baraba ləhcələrinə bölünür. Qazax, başqırd, Altay, uyğur, eləcə də kazan-tatar, krım-tatar, dob­ru­ca və teleut milli variantları olan “Kozıkörpəç və Bayansılu” dastanının Sibir tatarlarında da bir neçə variantı var. “Kozı Kurpeş və Bayanslu” adlı bir variantı V.V.Radlov Novosibirsk vilayətinin Terene kəndindən ya­­­zıya almış və nəşr etdirmişdir (1, 9-20). Çox təəssüf ki, Radlov das­ta­nın söyləyicisi haqqında heç bir mə’lumat verməmişdir. Dastanın başqa bir variantı X.X.Yarmuxametov tərəfindən 1940-cı ildə Terene kəndindən 77 yaşlı Həsən Kərimovdan yazıya alınmışdır (2, 80). X.X.Yarmuxametovun verdiyi mə’lumata görə, dastanın üçüncü variantı yazıçı Naki İsanbet tərəfindən 1940-cı ildə Novosibirsk vi­la­yətinin Ust-İşimsk rayonundan qeydə alınmışdır və toplayıcının şəxsi arxivində saxlanılır. Baraba ləhcəsini öyrənən tədqiqatçı İ.V.Dmitriyeva barabalardan material toplayarkən bir sıra folklor örnəkləri ilə yanaşı bu dastanın üç variantını da yazıya almışdır (3, 25). Variantlardan biri 1950, digər ikisi isə 1967 və 1968-ci illərdə qeydə alınmışdır. 1950-ci il variantı Tandov au­lundan 1875-ci il doğumlu Urusov Səlim Batır oğlundan yazıya alın­mışdır. Bu mətn digər iki mətndən nisbətən tamlığı ilə seçilir. 1967-ci ildə Tebiss aulundan toplanmış variantı 1910-cu il doğumlu Mu­xutdinova Bədrikamal Zakir qızı söyləmişdir. 1968-ci il variantı isə Şaqır aulundan 1897-ci il təvəllüdlü Ayupova Hamarın dilindən yazıya alınmışdır. Sonuncu variantda digər iki varianta nisbətən daha çox rus sözü (tolko, armiya və s.) işlənmişdir. “Kozıkörpəç və Bayansılu” dastanının baraba tatarlarından İ.V.Dmit­ri­yeva tərəfindən yazıya alınmış 1950-ci il variantını türk­cə­mi­zə çevir­məyi qərara aldığımız zaman bu iş bizə bir qədər asan gəldi. La­kin tərcümə zamanı bir sıra çətinliklərlə qarşılaşdıq. Əksər hallarda bir sıra söz və ifadələr, xüsusilə də cümlə quruluşu və təhkiyələr arasında uy­ğunluq olduğundan bir qohum dildən digərinə tərcümə zamanı tez-tez orijinalın təsirinə düşürsən. Orijinalda işlənən frazeoloji birləşmə və ifadələrin dilimizdəki qarşılığını verməyə çalışdıq (məs: “aş aşamayın, su içməyin yütip kaldı” ifadəsini “yemək yemədi, su içmədi, saralıb-soldu” kimi). Qarşılığını tam verə bilmədiyimiz ifadə (məs: “yeyən vaxtı ətin iri sümüyü ağzından, kiçik sümüyü burnundan töküldü” kimi) və sözləri isə olduğu kimi saxladıq, bəzilərinin isə səhifənin aşağısında izahını verdik. Dastanın kiril əlifbasında olan orijinal mətnini də latın qrafikasına uyğunlaşdırdıq. İlk təcrübəmiz olduğundan tərcümədə bir sıra qüsur və çatış­maz­lıq­la­rın olması qaçılmazdır.

KOZIKÖRPƏÇ VƏ BAYANSILU

1. Purın-purın samanda Ak kan mına Kara kan polğan idi. Künnərnin pir küninnə Ak kan mına Kara kan ormanğa kötsinip kitkənnər idi. Ak kan da səksən kişi alğan, Kara kan da səksən kişi alğannar. Kitkən tsakda pitsələri aylu-künnü kalğannar. Kitkəli yürqəndə söyləşkənnər: “Əqər də ul polsa, Kozıkörpəts təp isim pərirbis, a kıs polsa, Payansılu təp isim pərirbis”,- təqənnər. Pir künnə Ak kan mına Kara kan kaytmaktsı polğannar. Kaytkanda ol ayaktan ol kitkənnər, pu ayaktan pu kitkənnər: pir aylık yolnı pir kün kitkənnər, əki aylık yolnı əki kün kitkənnər. Yolda kaytıp parğanda pir tas kul əytkən: “Əy, Ak kan, ulın par, ə Kara kan kısı par “,- təp.

2. Ak kan: “Ulım par”, təp kuanıp tsapkanda at üstinnən yığılıp tüşip moynı sınıp ölqən. Kara kan Ak kannı yolda kömip kayğı-xəzərət mina yüs altmış kişini iyərtip üyqə kaytıb kirqən. Uyqa kalsa Ak kannın ulı, Kara kannın kısı polğan. Ak kannın ulına Kozıkörpəts təp isim koşkannar, ə Kara kannın kısına Payansılu tep isim koşkannar. Ak kannın ulı Kozıkörpəts pir konup pir yaşı yaşağan, Kara kannın kısı da alay yaşağan.

3. Kozıkörpətskə səqis-toğıs yaşı vakıt tsamasında yağı atışa paşlağan. On əki yaşı tolğats atasının yağısın alıp su yağasına tüşkən. Karasa su yağasına pir pitsə ak könək minən su tsığarıp otırı. Kozıkörpəts əytkən: “Ə, könəqinə yağı mınan atayım!”- təp. Pu sılu katın əytə: “Əy pışın kurığır! Minin könəqimə atkantsı ərtə kitkən pitsənni istəp kitir idin!”- tədi. Kozıkörpəts su yağasınan kəlip inəsinən sorağan: “İnəm, minin ərtə kitkən pitsəm parmı?”- təp.

4. İnəsi əytti: “Ə palam, sinin ərtə kitkən pitsən yok”,- təp. Ol künnə tas kulnın palaları aşık oynağalı tsıkkan. Kozıkörpətskə on əki yaşı, ə tas kulnın palalarına yiqirmə yaşı artık polğan. Alarnı körip Kozıkörpəts də tsıkkan. Kozıkörpəts aşığı pütünləp utıp kitkən. Əkintsi künnə tağı tas kul palaları aşık oynağannar. Tas kulnın palaları mıskıl ətkənnər: “Pisnin aşıklarnı tutıp alğantsı ərtə kitkən pitsənni istəp kitir idin!”-tədilər.

5. Ərtə kitkən pitsəsi Kara kannın kısı Payansılu polğan. Pu tuğan vakıtta Ak kannın pitsəsi Payansıluğa sorğalaştırıp koyğan polğan.

6. Ak kannın ulına üts yaşı tolğannan son inəsi Kara kannın pitsəsi kısı mına konakka tsağırğan. Kara kan pitsəsi kısı mınan kəlip üyqə indimi Kozıkörpətskə: “Kısımnı pu palağa pərmən!”- təp əytkəndə kaytıp kitkən.

7. Üsininki üyinə kəlqənnən son Kara kannın pitsəsi: “Kısıbısnı alıp kitəyik kara təryanın yağına! Şu palağa pərməstik”,- təqən. Anan son Kara kan kısı Payansılunu kara tərya yağına alıp kitkən. Mını əytkənnər: “Ərtə kitkən”,- təp.

8. Ya, kayra tas kul palalarına kaytayık! Tas kul palaları Kozıkörpətskə tədi: “Sin inənnən kavırmats kavırt! Kavırmatsnı kaşık mına da alma, kıyğats mına da alma, tabatsınan al!”- tep. Anan son tas kul palaları əytkən: “Kaşık mına pərsə əyt: kaşık yolı karsak, təp əyt “- təqən.- “Kıyğats mına pərsə əyt: kıyğats yolı kıyşık, təp əyt!”- təqənnər.- “Tabats mına alıp pərsə, ol vakıtta issi kavırmatsnı tabatsına kısıp tabatsın küydir!”-təp. Anan: “Anda inən ərtə kitkən pitsənni əyttir”,- təqənnər.

9. Kozıkörpəts kaytıp inəsinən kavırmats kavırtkalı əytkən: “Aşağıldım, paşka aş kərəkməs”,-təqən.

10. İnəsi kavırmats kavırğan yə Kozıkörpətskə kaşık mına issi ka­vırmats pərqən. Kozıkörpəts alğan yok: “Kaşık yolı karsak”,- təqən. Kıyğats mına pərqən, “kıyğats yolı kıyşık”,- təp anı da alğan yok. Anan kolı mınan pərqəndə inəsinin kolın kıskanda əytkən: “Ayt, minin ərtə kitkən pitsəm kayda? Parmı?”- təp. İnəsi əytkən yok. Anan inəsi əytkən: “Əytsəm əytəyim! Ərtə kitkən pitsən Kara kannın kısı Payansılu, ol kara təryanın yağına kitkən. Kəzər anı istəsən də tapalmastın”- təqən.

11. Kozıkörpəts əytkən: “Min istəp kitkəldim, mana röksət pər”,- təp. Kozıkörpətskə kəzər on yədi yaşı polğan ikəndi. İnəsi iyəbərmədimi Kozıkörpəts əytti: “Min kitəyim!”- təp. Kozıkörpəts atasınan kalğan ak-pos atın, kılıtsın aldı. İnəsi sığıt sıktadı, əytti: “Min yatıp tüş körəyin! Anan son əytirim!”- tədi.

12. İnəsi yatıp pir tüş körə paşlağandı ulı uyğıstı: “Tur-tur, inəm!”- təp. İnəsi turğats pait əytti: İmənnən tayak püqirbis, palam.Əldən-əlqə yürirbis, palam,Əldə pir matur tapsak,Atın Payan koyarbıs, palam!

13. Kozıkörpəts əytti: Kayınnan tayak püqirbis, inəm,Əldən-əlqə yürirbis, inəm.Əldə pir matur tapsak,Atı Poyan polsa da, üsi də,Payan polmas, koy, inəm!

14. İnəsi anan əytti: “Ay palam, röksətim yok, otır palam, tsotsığımın süti savayım, əqər süti avısına yətsə, ol vakıtta kitirsin”.

15. İnəsi tördən otırıp savağan süti Kozıkörpətskə yətməqən, tsünki inəsi süti ətip kıya yətirqən. Anan inəsi əytkən: “Minnən röksət yok”,- təp. Kozıkörpəts əzirlənqən də əzirlənqən, anan son röksət sorağan: “İnəm, röksət ət, min kitəyim!”

16. İnəsi əytkən: “Kəzərki röksət yok, min tağı yatıp tüş körəyin!”- təqən. İnəsi tüş körqəli yatkan. Pir-əki sağattan son Kozıkörpəts tağı uyğıstı: “Min kitəyin inəm!”- tədi. İnəsi turıp əytkən: “Əy palam, tüşimni tüş ətmədin röksət yok”,- tədi.

17. İnəsi turğannan son: “Palam otır, min tağı tördən otırıp sütim savayım! Əqər tsotsığım süti avısına yətsə kitirsin”,- təqən.

18. Anan Kozıkörpəts otırğan. İnəsi orındıktan tsotsığın savğan, süti yakınlap kitkən. 19. Anan son inəsi pait əytti: Aylanıp tsıkmas ay tənqis, palam, Anıklap nətsik kətsirsin, palam?Tsıtskan ötməs tsatırman, palam,Anıklap nətsik kətsirsin, palam?

20. Kozıkörpəts tsavap pərdi: Aylanıp tsıkmas ay tənqis, inəm,Kamtsım salıp tsığarım, inəm.Tsıtskan ötməs tsatırman, inəm, Kılıtsım salıp tsığarım, inəm.

21. Anan son da inəsi röksət pərmədi. Kozıkörpəts aş aşamayın, su itsməyin yütib kaldı. İnəsi tağı tüş körqəli yattı. Kozıkörpəts tağı təskinə uyğıstı-da: “İnəm, röksət pər!”-tədi.

22. İnəsi tağı: “Əy palam, yatkısarğa pərmədin, tüşimni tüş ətmədin, otır palam, tağı sütimni savayım!”- təp əytti.

23. Anan sütin savadı, yana avısına kirmədi. Anan inəsi əytti: “Əy palam, röksət yok”,- tağı pir yıl turmağın par”,- tep. Ə Kozıkörpəts pütünləp əzirlənip koyğan polğan. Ak-pos atka atlanıp, atası Ak kannan kalğan kılıtsın, oğın, kamtsısın, mıtlığın alıp tsabıp kitti. Ə inəsi tsotsığın tsığarıp, tsatsın yulğup sıktap kalğan. İnəsi karğanıp əytkən: “Parğan yolın par polsın, kaytkan yolın yok polsın!”- təqən. Kozıkörpəts ol ayaktan ol kitti, pu ayaktan pu kitti.

24. Pir ormanğa kelip pir kəyikni öltirip-də pişirip aşadı. Anan aylanıp tsıkmas ay tənqiskə kəldi. Kozıkörpəts pu tənqistin üstinə kamtsısın salğanda su pölinip kitti. Tsıtskan ötməs tsatırmanğa kılıtsın salıp tsığıp kitkən. Anan son tağı ol ayaktan ol kitti, pu ayaktan pu kitti. Anan son kırık pöriqə utsıradı. Kırık pörini ok mına atkalı köslətsə: “İnən minmin”,- təp atırmaydı. Anan pir ayığa utsıradı, ayı da: “Atma palam, inən minmin”,- təp atırmaydı.

25. Anan Kozıkörpəts inəsinə: “İnəm röksət pər!”- tədi. İnəsi röksət pərmədimi Kozıkörpəts tağı tabıp tsığıp kitkən. İnəsi tağı karğanıp otırıp kalğan: “Parğan yolın par polsın, kaytkan yolın yok polsın!”- təp. Kozıkörpəts ol ayaktan ol kitti, pu ayaktan pu kitti.

26. Pir samanda Kozıkörpəts əki arasına kəldi. Anda pir tas kulğa kəlip yətti-də sələm pərdi. Kul: “Palam sininki kösin otlu, poyın tsallu, palam, kaysı əllərdən, kaysı yərlərdən kəldin?”- təp soradı. Kozıkörpəts: “Ə tas kul, Kara kannın kalığın, anınkı kısı Payansılunı istəp kitip otırım”,- təp əytti.

27. Tüö pağıtsı kul tüö soyıp aşattı. Kozıkörpətsnin aşağan vakıtta ulı süöqi avısınan, kitsi süöqi murınınan purıldı. Kul əytti: “Mınan parırsın yılkıtsı kulğa, anan sorarsın”,- tədi. Anan tağı Kozıkörpəts ol ayaktan ol kitti, pu ayaktan pu kitti, pardı yılkıtsı kulğa.

28. Yılkıtsı kul əytti: “Palam, sin kaydan kəlqən palamsın?” Kozıkörpəts: “Min Kara kannın kısı Payansılunı istəp kəldim”,- təp əytti. Pu yılkıtsı kul əytti: “Pis Kara kannın kalkıbıs, pisni Kara kan pisnin yəribistən ayırıp kətirqən. Mınan arı sıyırtsı kulğa parsan anan sorarsın”,- təp əytti.

29. Kozıkörpəts ak-pos atka atlanıp sıyırtsı kulğa kitti; parıp sələm pərdi. Sıyırtsı kul: “Kaydan yürqən palasın?”- tədi. Kozıkörpəts: “Min Kara kannın kısı Payansılunı istəp kəldim, ol yırakmı?”- tədi. Sıyırtsı kart aytti: “Ə, Kara kannın kalığın istəp kəlsən, mınan arı koytsı kulğa parırsın, anda Payansılunın koyları par”,- tədi.

30. Anan koytsı kulğa kitti. Koytsı kulğa parğannan son sələm pərqəts koytsı kul soradı: “Kaydan yürqən palasın?”- tədi. Kozıkörpəts əytti: “Min Payansılunı istəp kəldim”,- tədi. Koytsı kul əytti: “Pu Payansılunın koyları”,- tədi. Kozıkörpəts: “Tokta, mandayında tsərqəy konup otır, min anı öytirəyin!”- təp tsərtkən. Əliqi tas kul anda ölqən. Kəyimin tiştirip alıp üsi kəyip tas kulnı tirən kasıp təpə kömip kaldırdı.

31. Kəyimin kəyip üsi koy pağıp Payansılunın malın yabıp tas kul polıp Payansılunın aşxanəsinə inip otırdı. Anın inip otırğanda Payansılu əytkən: “Pu tas kulğa nemə polğan? Sıyır savattığan vakıt tüqilmiydi?”- təp.

32. Kozıkörpəts könək alıp sıyır savğalı tsığıp kitkən. Kozıkörpəts sıyır savğalı otırğanda tiqi sıyırnın da, pu sıyırnın da tsotsığın üskilip, kayra aşxanəqə inip otırı koydı.

33. Payansılu tağı: “Pu tas kulğa nə polğan? Pozav itsirətiqən tüqilmiydi?”- təp kıyğırdı. Kozıkörpəts su alıp tsığıp pozav altına könək turğıstı. Pozavlar itsmədi. İndi Payansılu əytti: “itskil pozavım, its təqəndə itsətiqən tüqilmiydi?” – təp. Kozıkörpəts anan son alıp pozavlarnı itsirdi. Pozavlarnı itsirip pütürqənnən son əliqi aşxanəqə inip otırdı.

34. Pir künnə tınnap otırsa Payansılunı Kara Kökkəlnin ulına pərip toy yasağalı yürqənnər pular. Anan Kozıkörpəts pir ap-ak koy palasın tutıp üsininki altın yüzlikni koy palasının kulağına tisti. Payansılu kırık kısağı mına üsinin sarayında otırdı. Kozıkörpəts öyrətti əliqi ak küzəni mınday pait minə: Süyintsi Payan, süyintsi Payan, Süyintsilərin mindədir, Payan!

35. Əliqi ak küzə Payansılunın sarayında Payansılunın altına kəlip tıp-tıp səqirdi. Pu sarayda kıslar mına pirqə Payansılunın yənqəsi: “Pu koy palasına nəmə polğan?”- təp kaytsı mına attı, əliqi ak koy palası kulağındağı altın yüzlik tüşip kitti. Pu yüzliktə Kozıkörpətsnin atı polğan. Poyansılu pu yüzlikni körmədi-də, pilmədi-də. Pu yüzlikni yənəsi alıp kisəsinə salıp koydı. Əliqi yənəsi pu yüzlikni Payansılunın ağasına körsətti-də əytti: “Ol Kozıkörpətsni öytirqəli kərək”,- təp əytti.

36. Anan et pişirqənnər toy paşlarğa tep. Ə Kozıkörpəts tas kul polıp üydəqi pıtsaklarnı yuıp taşlağan. Pıtsak taşlağannan son Kozıkörpəts tas kul polıp inip Payansıluğa üsininki pəqə pərdi: “Mə, minin pıtsağım!”- tədi. Payansılu pəqəni alıp körsə: pəqə sabında Kozıkörpətsnin isimi yazılğan poldı. Payansılu Kara Kökkəlnin ulına parmadı. Anan üsinin sarayında kırık kısakka əytti: “Kozıkörpəts kəlip-də, nəntsək-tə polsa koy pağattan tas kulnı kətirin! Min Kara Kökkəlnin ulına pərmən! Min tüşimdə Kozıkörpətsni körüp yürqənim, ana parmakmın! Kozıkörpətsni kətirin!”- təqən.

37. Anan əliqi tas kulnı alıp kəlqənnər. Ol Kozıkörpəts polğan. Anı Payansılu karşı otırlap alğan. (A Kara kan pu turıdı pir nəməni pilqən yok). Anan son Kozıkörpətsni pir avlak pölməqə indirqən. Anda söyləşip kondılar. Pu pölmədə şəm yaktıstı kərəkməs polıptı. Kozıkörpətsnin tsatsındağı altın muntsak kuyaşlayan yaktırtkan. Ərtən kün tan atkan, kuyaş tsıktı. Kozıkörpəts pait əytti:

38. Aranda sıyır monroydır, Payan,Kün tan atkannarğa okşaydır, Payan! Payansılu karşı əytti: Aranda sıyır monroydir, Kozıy,Ats pörilərqə aş polsın, Kozıy! Kozıkörpəts tağı: Aranda koylar mönröydir,Payan,Kün tan atkannarğa okşaydır, Payan!

39. Kuyaş yoğarı kütirilqəts Payansılu Kozıkörpətsni sandıkka yapkan. Yapkan vakıtta Kozıkörpətsnin pir tulım tsatsı altın kəvhər mərtsən minə tışta kalğan. Payansılunın pölməsinə yənəsi insə, sandıkta tulım kalıp otırğanın kördi-də tsıtsın kisip alıptı. Əliqi yənəsi tsatsnı Payansılunın ağasına iltip pəripti.

40. Payansılunın ağaları yulışıp Kara kan pilən söyləşədi. Kara kan koştı: aratsan-karatsan pişirqəli. Anan tör ortasında ora kastırdı. Pu oranın üstinə ak kis tüşirədi. Anan kəts poladı, Kara Kökkəlnin toyın paşlaydırlar. Əvəl Kozıkörpətsni tsağıradılar, anan pütün kalığın tsağıradılar da törnin tsürə yağında oltısadılar. A Payansılu Kozıkörpətsni örətip iyəbərqən: “Tör ortasındağı ak kiskə otırma! Küyəvnin ornı təktsəkkə otır!”- təp əytip örətkən.

41. Kozıkörpətsni orağa yağıtır ütsin Payansılunın pir ağası parıp tsağırdı: “Küyəv sini tsağırdı”,- tədi. Payansılu tağı örətip iyəbərdi: “Aratsan-karatsan pərsə üsimnin üləşim” təp itsmə! Ə “minin üləş” təp its!”- tədi.

42. Anan Kozıkörpəts kəldi. Kara kan anın kalığı yakşı ətip otırlap aldılar. Kozıkörpətsni törqə otırtkalı əttilər, ə Kozıkörpəts “küyəvnin ornı təktsək” təp tiqisin tiqində, mınısın mında törtip tsətsip təktsəkkə otırdı. Anan aratsan-karatsan kətirip ən əvəl Kozıkörpətskə pərdilər, Kozıkörpəts “Payansılunın üləşi”,- təp itsip koydı.

43. Ayak əkintsisin aylanıp kəldi, a Kozıkörpəts itsmədi, “Üsimnin üləşim” təp, “its” təp itsirqəli əttilər. Sokmaktsı polğannar, ə Kozıkörpəts korıkmadı. Anan son tağı: “İnəmnin üləşi!”- təp itsip koydı. Anan ütsintsi ayak kəlqəndə: “Ya, künnərim polsın, üsimnin üləşim!”- tep itsip koyğan.

44. Aratsan-karatsan itsip otırğanda Payansılu səksən atnın iyərinin kantsığasın kisip koyğan, tək Kozıkörpəts ütsin ak-pos atnın iyərin kaldırğan. Kozıkörpəts polğılap yırlap paşlağanda Payansılu Kozıkörpətsnin pitinə kol yavlak taşladı.

45. Kozıkörpəts təskinə yıktı-da ak-pos atka atlanıp tsabıp tsığıp kitti, ə Payansılu ak-pos atnı tışta tutıp saklağan. Kannın kalığı tsığıp: “Kozıkörpətsni tutın, tutın!”- təp kıyğılaşıp kaldı. Pu səksən at Kozıkörpətsni yalanats alıp parıp-parıp öytirir ütsin əzirlənqən polğan. Kannın kişilər tsığıp-tsığıp atka atlağanda attan paş-təban yığılıp kalğan. Kozıkörpəts tsabıp otırsa təmir küpridə pir pala: “Əy yiqit, tizinə ok ata koyayın!”- tədi.

46. Kozıkörpəts: “Ya, ok mına atkanğa nəmə polmak? “- tədi də attıra koydı, ə ok tizindən yarıp kitti. Anan Kozıkörpəts pir yak pöydir tübində yattı, ə ayaktan pasalmadı. Anan paşka yak pöydirnin üstinə kitsitsək kuşıtsak kondı. Pu kuşnın kanatına pir kat yazıp pavlap Payansıluğa kayda yatkanın pildirip yastı.

47. Pu kuş Payansıluğa katnı kətirdi. Payansılu pu katnı oğıdı-da Kozıkörpətskə kat yazıp pir pavrsak iyəbərdi. Payansılu əkintsi künnə yana kanatının altına altın yip pilən pavrsak pavlap Kozıkörpəts ütsin pir pos turğaynı iyəbərdi.

48. Künnərnin pir küninna yənəsi pilip Payansıluğa: “Əydə! Üs kəyimnəribisni alıştırayık!”- tədi. Anın kəyimnərin alıştırdılar. Əliqi kuşıtsak Payansılu təp oylap yənəsinin kolına inip otırdı. Anan əliqi yənə pu kuşnı tutıp yünip palğadı-da: “Əyt, Kozıkörpəts kayda?”- təp.

49. Ə kuş əytkən yok. Anan son Payansılunın ağaları tarmatsı istəp şəhərqə kittilər. Şəhərdə pu tarmatsı əytti: “Ol kuşnı mitskə taşlan, mits itsində “tsuk” təp ölsə ol Kozıkörpətsnin yak pöydirinin tübində polırsıs”,- təp. Anan Kozıkörpəts öytirqəli Kara kannın pütün kalkı at, sıyır münip kitkənnər. Payansılu saray tışına tsığıp tsartakka tsıktı-da anda sar əytti:

50. Sıyır münqən sıyrannaşıp yar-yar!Tay münqən tayrannaşıp yar-yar!İndi tuğan kısınnı ayağı tsapkan piyədəy Kara Kökkəlnin ulına pərirsin,-Kıtskırğan turnaday, – təp atasına əytkəndə üsi Kozıkörpətsni istəp kitkən.

51. Kara kannın səksən kişisi Kozıkörpətsni öytirqəli ətkənnər, öytirəlmitsə kıynap pütürqənnər. Anan ol kıynadılar, pu kıynadılar. Anna kıynavına tüzəlmitsə Kozıkörpəts əytkən: “Pulay minin yanımı alalmastınıs, minin taban astında üs kılıtsım par, anı alıp pav aslan!”- teqən.

52. Anan Kozıkörpətsni üsininki kılıtsnı mına öytirqənnər. Kara kannın kalkı Kozıkörpətsni öytirip kaytkats Kara kan kuanıtsına xabər kişisinə paylık pərqən. Kara kan Payansılunı kuanıts mına Kara Kökkəlnin ulına yanadan toy yasağalı yürqəndə Payansılu anın kısağınan həmisinə üts yüs aktsa pərip yinzə-mərtsən alıp, kırk kısağın alıp Kozıkörpətskə kitti. Ə kıslarına əytti: “Yürin kıslar, yürin!”- təp alıp tsığıp kitti. Kitip parğanda pait əytkən: Yürin-yürin kıslar, Yürişəyik kıslar, Mərvər-mərtsən,Tərişəyik kıslar! – təp mərvər-mərtsənni onğa-solğa tsətsə parğan, ə kıslar pu mərvər-mərtsənni tərişip yolda kala parğannar. Payansılu para-para kıslarnı aldap, yolda mərvər-mərtsənni yıydırıp yanğıs üsi kalğan.

53. Pir üsi parıp Kozıkörpətsnin katında munlanıp Kozıkörpətsnin kisəsinən altın saplı pəqəsin alıp atslı yağı pıla üsininki yürəqinə sayıp Kozıkörpətsni kutsaklap Payansılu anda öldi. Ölqəts son kırık kısağı artınan kuıp kəlip yəttilər.

54. Kara Kökkəlnin ulı Payansılunı kuıp parıp əliqi altın saplı pəqəni aldı, atslı yağı pıla üsinə sayıp Payansılunı kutsaklap ol da anda öldi.

55. Payansılu atası-inəsi pilip kuıp kəlip kördilər. Anan Kara kan kalığına puyırdı saray əşlətkəli. Payansılunı pu sarayda kömdilər. Saraynın ay yağı altın, kün yağı kümiş polğan. Ə Kozıkörpətskə yılğanın əkintsi yağına andıy-ok saray əşlədilər. Kozıkörpəts üstinə həm Payansılu üstinə tsıkkan ağatslar əkisi su aşa koşılıp əşləp koyğan, ə Kara Kökkəlnin ulının üstinə təqənək tsığıp əkisin ayırğalı ətip otırdı.

56. Ol sunın itsində ap-ak əki ördək kün tan atkantsı koşılğalı ətip koşılalmıyın kün tan atıp kitətir, alarnı pir yaman kuş koşalğalı pərmitsə ayırıp taşlaydır. Pular kəzərdə ol suda yaşaydılar.


TƏRCÜMƏSI:

1. Keçmiş zamanda Ağ xanla Qara xan olub. Günlərin bir günündə Ağ xanla Qara xan birlikdə meşəyə (ova) gedirlər. Ağ xan da özü ilə səksən adam götürür, Qara xan da səksən adam götürür. Səfər qabağı arvadları hamilə qalırlar. Onlar səfərə getməmiş sözləşirlər: “Əgər oğlan olsa, Kozıkörpəç, qız olsa, Bayansılu adı verərik”. Bir gün Ağ xanla Qara xan qayıtmalı olurlar. Qayıdanda atlarını yel kimi çapırlar, bir aylıq yolu bir günə gedirlər, iki aylıq yolu iki günə gedirlər. Qayıdanda yolda bir Taskul deyir: “Ay Ağ xan, oğlun olub, Qara xanın isə qızı”.

2. Ağ xan: “Oğlum var”, – deyə sevinib atını çapanda at üstündən yıxılır, boynu sınıb ölür. Qara xan Ağ xanı yolda dəfn edib qəm-qüssə içində yüz altmış kişini də özü ilə götürüb evə qayıdır. Evə qayıdanda öyrənir ki, Ağ xanın oğlu, özününsə qızı olub. Ağ xanın oğluna Kozıkörpəç adı qoyurlar, Qara xanın qızına isə Bayansılu adı qoyurlar. Ağ xanın oğlu Kozıkörpəç bir gecədə bir yaşa dolur, Qara xanın qızı da eyni yaşda olur.

3. Kozıkörpəç səkkiz-doqquz yaşına çatanda ox atmağa başlayır. On iki yaşa dolanda atasının yayını alıb su qırağına gedir. Görür ki, su qırağında bir arvad ağ vedrə ilə su çıxarır. Kozıkörpəç deyir: “Ey, (gəlsənə) vedrəni oxla vurum? Bu gözəl qadın deyir: “Ay başı batmış, mənim vedrəmə ox atınca, ertə gedən deyiklini axtar tap!” Kozıkörpəç su qırağından gəlib anasından soruşur: “Anam, mənim ertə gedən deyiklim varmı?”

4. Anası deyir: “A balam, sənin ertə gedən deyiklin yoxdu”. O gün Taskulun balaları (küçəyə) aşıq-aşıq oynamağa çıxmışdılar. Kozıkörpəçin on iki yaşı, Taskulun balalarının isə artıq iyirmi yaşı var idi. Onları görən Kozıkörpəç də (oynamağa) çıxır. Kozıkörpəç bütün aşıqları udur. İkinci gün yenə də Taskulun balaları aşıq-aşıq oynayırlar. (Yenə də uduzan) Taskulun balaları (Kozıkörpəçə) söz atırlar: “Bizim aşıqlarımızı tutub alınca ertə gedən deyiklini axtar tap” – deyirlər.

5. Ertə gedən deyiklisi Qara xanın qızı Bayansılu idi. Onlar doğulmamışdan qabaq Ağ xanın arvadı Bayansılunu oğluna nişanlamışdı.

6. Ağ xanın oğlu üç yaşa dolandan sonra anası Qara xanın arvadını qızı ilə bir yerdə qonaq çağırır. Qara xanın arvadı qızı ilə gəlib evə girən kimi Kozıkörpəçə: “Qızımı bu oğlana vermərəm!” – deyib qayıdıb gedir.

7. Öz evinə gələndən sonra Qara xanın arvadı: “Qızımızı alıb gedək Qara dəryanın kənarına, bu oğlana verməyək” – deyir. Ondan sonra Qara xan qızı Bayansılunu götürüb Qara dərya kənarına gedir. Buna görə də (Bayansıluya) “ertə gedən” deyiblər.

8. Hə, qayıdaq yenə Taskulun balalarına. Taskulun balaları Kozıkörpəçə dedi: “Sən anana qovurğa qovurtdur! Qovurğanı qaşıqla alma, çömçəylə alma, ovucla al!” Ondan sonra Taskulun balaları dedilər: “Qaşıqla versə, qaşıq yolu qısadır de, çömçəylə versə, çömçə yolu əyridir de, ovucla alıb versə, onda isti qovurğanı ovcuna sıxıb ovcunu yandır!” – dedilər. Sonra: “Onda anan ertə gedən deyiklindən deyər” – dedilər.

9. Kozıkörpəç qayıdıb anasından qovurğa istəyib dedi: “Doyunca yeyərəm, başqa yemək istəmirəm” – dedi.

10. Anası qovurğa qovurur, Kozıkörpəçə qaşıqla isti qovurğa verir. Kozıkörpəç yemir: “Qaşıq yolu qısadır” – deyir. Çömçə ilə verir: “Çömçə yolu əyridir” – deyib çömçə ilə də yemir. Sonra (anası qovurğanı) əliylə verəndə anasının əlini sıxıb deyir: “Danış, mənim ertə gedən deyiklim hardadır? Varmı?” Anası demir. Sonra anası deyir: “Qoy deyim! Ertə gedən deyiklin Qara xanın qızı Bayansıludur. O, Qara dəryanın qırağına gedib. Onu axtarsan da tapa bilməzsən”.

11. Kozıkörpəç deyir: “Qoy axtarıb tapım, mənə rüsxət ver”. Kozıkörpəçin indi on yeddi yaşı var idi. Anası izin vermir. Kozıkörpəç deyir: “Mən gedirəm!” Kozıkörpəç atasından qalan ağ-boz atını, qılıncını aldı. Anası gözünün yaşını axıtdı, dedi: “Qoy yatıb yuxu görüm! Ondan sonra deyərəm” – dedi.

12. Anası yatıb yuxu görməyə başlayanda oğlu oyatdı: “Dur, dur, anam!” – dedi. Anası oyanan kimi belə dedi: Palıddan dayaq düzəldərik, balam,Eldən elə yürüyərik, balam.Eldə bir gözəl tapsaq,Adını Bayan qoyarıq, balam.

13. Kozıkörpəç dedi: Qayın (ağacından) dayaq düzəldərik anam,Eldən-elə yürüyərik anam.Eldə bir gözəl tapsaq, Adı Bayan olsa da,Özü ki, Bayan olmaz axı, anam!

14. Anası sonra dedi: “Ay balam, rüsxətim yoxdu, otur balam, döşümün südünü sağım, əgər südüm ağzına yetsə, gedərsən”.

15. Anası kətildə oturub (südünü) sağdı. Südü Kozıkörpəçin (ağzına) yetmədi, çünki anası südünü qırağa sağdı. Sonra anası: “Məndən rüsxət yoxdur” – dedi. Kozıkörpəç hazırlaşır, hazırlaşır, ondan sonra rüsxət istəyir: “Anam, izin ver mən gedim!”

16. Anası: “İndi rüsxət yoxdu, mən yenə yatıb yuxu görüm!” – dedi. Anası yuxu görmək üçün yatdı. Bir-iki saatdan sonra Kozıkörpəç yenə (anasını) oyatdı: “Mən gedirəm, anam!” – dedi. Anası durub söylədi: “Ay balam, yatdım yuxu görmədim, izin yoxdu” – dedi.

17. Anası durandan sonra: “Balam otur, mən yenə kətildə oturub südümü sağım! Əgər döşümün südü ağzına yetsə gedərsən” – dedi.

18. Sonra Kozıkörpəç oturdu. Anası oturacaqda südünü sağdı, südü (Kozıkörpəçin ağzına) lap yaxınlaşdı.

19. Ondan sonra anası belə söylədi: Ay dənizi dolanıb çıxa bilməz, balam,Onu sən necə keçərsən, balam?Siçan keçməz sıx meşədən, balam,Sən necə keçərsən, balam?

20. Kozıkörpəç cavab verdi: Ay dənizi dolanıb keçə bilməz, anam,Qamçımı çəkib çıxaram, anam.Siçan keçməz sıx meşədən, anam,Qılıncımı çalıb çıxaram, anam.

21. Bundan sonra da anası izin vermədi. Kozıkörpəç yemək yemədi, su içmədi, saralıb-soldu. Anası yenə yuxu görmək üçün yatdı. Ko­zı­körpəç (anasını) yenə tez oyatdı: “Anam, izin ver!” – dedi.

22. Anası yenə: “Ay balam, yatmağa qoymadın, yuxu görməyə qoymadın, otur balam, yenə südümü sağım!” – dedi.

23. Sonra südünü sağdı, yenə (südü Kozıkörpəçin) ağzına düşmədi. Sonra anası söylədi: “Ay balam, izin yoxdu, yenə bir il durmalısan” – dedi. Kozıkörpəçsə tamam hazırlaşmışdı. Ağ-boz atına atlanıb, atası Ağ xandan qalan qılıncını, oxunu, qamçısını, tüfəngini alıb çapıb getdi. Anası sinəsini açıb, saçını yolub hönkürdü, qarğayıb söylədi: “Gedən yolun açıq olsun, gələn yolun bağlı!” – dedi. Kozıkörpəç yel kimi çapıb getdi.

24. Bir ormana gəldi, keyik vurub bişirib yedi. Sonra ucsuz-bucaqsız dənizə gəlib çıxdı. Kozıkörpəç bu dənizin üstünə qamçısını çəkəndə su bölündü. Siçan keçməz meşədən qılıncın çalıb keçdi, yel kimi çapıb gözdən itdi. Ondan sonra qırx canavara rast gəldi. Canavarları oxla nişan alanda: “Anan mənəm” – deyib atmağa qoymadılar. Sonra bir ayıya rastladı, ayı da “Atma balam, anan mənəm”, – deyib atmağa qoymadı.

25. Sonra Kozıkörpəç anasına: “Anam, izin ver!” – dedi. Anası izin vermədi, Kozıkörpəç yenə çapıb getdi. Anası yenə qarğamağında qaldı: “Gedən yolun açıq olsun, gələn yolun bağlı!” – dedi. Kozıkörpəç yel kimi çapıb gözdən itdi.

26. Bir vaxt Kozıkörpəç iki dağ arasına gəldi. Sonra bir Taskulla qarşılaşdı, salam verdi. Qul: “Balam, sənin gözün odlu, qamətin biçimlidir, hansı ellərdən, hansı yerlərdən gəldin?” – deyə soruşdu. Kozıkörpəç: “A Taskul, Qara xanın xalqını, qızı Bayansılunu axtarıram” – dedi.

27. Dəvə otaran (ona) dəvə soyub yedirtdi. Kozıkörpəç yeyən vaxt (ətin) iri sümüyü ağzından, kiçik sümüyü burnundan gəldi. Qul söylədi: “Burdan gedərsən ilxıçı qulun yanına, ondan soruşarsan” – dedi. Sonra Kozıkörpəç yel kimi çapıb ilxıçı qulun yanına gəldi.

28. İlxıçı qul söylədi: “Balam, sən haradan gəlirsən?” Kozıkörpəç: “Mən Qara xanın qızı Bayansılunu axtarıram” – dedi. İlxıçı qul söylədi: “Biz Qara xanın xalqıyıq, Qara xan bizi yerimizdən ayırıb gətirib. Buradan qabaqda sığırçı qulla rastlaşsan ondan soruşarsan” – dedi.

29. Kozıkörpəç ağ-boz atına sıçrayıb sığırçı qulun yanına getdi, çatıb salam verdi. Sığırçı qul: “Oğlan hardan gəlirsən?” – dedi. Kozıkörpəç: “Mən Qara xanın qızı Bayansılunu axtarıram, o uzaqdadırmı?” – dedi. Sığırçı qoca söylədi: “Əgər Qara xanın xalqını axtarırsansa qabaqda çobana rastlayacaqsan, onda Bayansılunun qoyunları var” – dedi.

30. Sonra çobanın yanına getdi. Çobana çatıb salam verəndə çoban soruşdu: “Oğlan, hardan gəlirsən?”. Kozıkörpəç: “Mən Bayansılunu axtarıram” – dedi. Çoban: “Bunlar Bayansılunun qoyunlarıdır” – dedi. Kozıkörpəç: “Toxta, alnına milçək qonub, otur, mən onu öldürüm!” – deyib (çobanın alnına) çırtma vurdu. Həmin Taskul ordaca öldü. (Taskulun) geyimini soyundurub geydi, özünü də dərin (quyu) qazıb, üstündə təpə düzəldib basdırdı.

31. Taskulun geyimini geyib qoyunları özü otardı. Taskul qiyafəsində Bayansılunun sürüsünü qovub gətirdi. Bayansılunun aşxanasına gəldi. Orda oturanda Bayansılu söylədi: “Bu Taskula nə olub? Sığırları sağmaq vaxtı deyilmi?” – dedi.

32. Kozıkörpəç vedrə alıb sığır sağmağa yollandı. Kozıkörpəç sığırları sağanda hamısının döşünü qopartdı, yenidən gəlib aşxanada oturdu.

33. Bayansılu yenə: “Bu Taskula nə olub? Buzovları sulamalı deyildi?” – deyib qışqırdı. Kozıkörpəç çıxıb buzovların qabağına vedrədə su qoydu. Buzovlar içmədi. İndi Bayansılu söylədi: “İç buzovum, iç deyəndə içən deyildinizmi?” – dedi. Kozıkörpəç ondan sonra (vedrəni) alıb buzovları içirtdi. Buzovları içirdib qurtarandan sonra həmin aşxanaya gəldi.

34. Bir gün eşidir ki, Bayansılunu Qara Kökkəlin oğluna verib toya hazırlıq görürlər. Sonra Kozıkörpəç bir ağappaq quzu tutub öz qızıl üzüyünü quzunun qulağına taxdı. Bayansılu qırx qızla öz sarayındaydı. Kozıkörpəç bu beyt ilə ağ quzunu öyrətdi: Süyinçi* Bayan, süyinçi Bayan, Süyinçilərin məndədir, Bayan.

35. Həmin ağ quzu sarayda Bayansılunun qabağına gəlib tıp-tıp atılıb düşdü. Bu sarayda qızlarla birgə Bayansılunun yengəsi: “Bu quzuya nə olub?” – deyib qayçını atdı, ağ quzunun qulağındakı qızıl üzük düşdü. Bu üzükdə Kozıkörpəçin adı vardı. Bayansılu üzüyü nə gördü, nə də bildi. Bu üzüyü yengəsi alıb kisəsinə qoydu. Həmin yengəsi bu üzüyü Bayansılunun böyük qardaşına göstərib: “O Kozıkörpəçi öldürmək gərəkdir” – dedi.

36. Sonra toyu başlamaq üçün ət bişirirlər. Kozıkörpəç isə Taskul qiyafəsində evdəki bıçaqları yığıb atdı, bıçaqları atandan sonra Kozıkörpəç Taskul qiyafəsində Bayansıluya öz xəncərini verdi: “Al mənim bıçağımı!” – dedi. Bayansılu xəncəri alıb görür ki, xəncərin sapında Kozıkörpəçin adı yazılıb. Bayansılu Qara Kökkəlin oğluna getmədi. Sonra öz sarayında qırx qıza söylədi: “Kozıkörpəç gəlib, necə olursa olsun qoyuna baxan Taskulu gətirin! Mən Qara Kökkəlin oğluna getməyəcəyəm! Yuxuda Kozıkörpəçi görmüşəm, ona getməliyəm. Kozıkörpəçi gətirin!” – dedi.

37. Sonra həmin Taskulu (Bayansılunun yanına) gətirirlər. O (həmin Taskulu) Kozıkörpəç olur. Bayansılu onu qarşılayır (Qara xan bu barədə heç nə ıbilmir). Ondan sonra (Bayansılu) Kozıkörpəçi bir xəlvət otağa apardı. Orda söhbətləşib gecələdilər. Kozıkörpəçin saçındakı qızıl muncuq günəş kimi parıldadığından bu otaqda şam yandırmağa ehtiyac olmadı. Ertəsi gün dan ağardı, günəş çıxdı. Kozıkörpəç beyt söylədi:

38. Pəyədə sığır böyürür, Bayan,Gün çıxana oxşayır, Bayan! Bayansılu cavabında söylədi: Pəyədə sığır böyürür, Kozıy,Ac qurdlara yem olsun, Kozıy! Kozıkörpəç yenə: Pəyədə qoyunlar mələşir, Bayan,Gün çıxana oxşayır, Bayan!

39. Günəş yüksələn kimi Bayansılu Kozıkörpəçi sandıqda gizlədir. Gizlədəndə Kozıkörpəçin qızıl gövhər-mərcanla bəzənmiş bir çəngə saçı (sandıqdan) bayırda qaldı. Bayansılunun otağına yengəsi girəndə sandıqdan bayırda qalan saçı gördü, saçı kəsib aldı. Həmin yengəsi saçı aparıb Bayansılunun qardaşına verdi.

40. Bayansılunun qardaşları yığışıb Qara xana xəbər verirlər. Qara xan əmr eləyir: “Arasan-karasan** hazırlansın”. Sonra tör*** ortasında çala qazdırdı. Bu çalanın üstünə ağ keçə döşətdirdi. Sonra axşam düşür, Qara Kökkəlin toyunu başlayırlar. Əvvəl Kozıkörpəçi çağırırlar. Sonra bütün xalqı çağırırlar və törün ətrafına yaxın oturdurlar. Bayansılu Kozıkörpəçə: “Törün ortasındakı ağ keçənin üstündə oturma! Bəyin yerində otur” – deyib öyrətdi.

41. Kozıkörpəçi çalaya salmaq üçün Bayansılunun bir qardaşı gəlib: “Yeznə səni çağırır” – dedi. Bayansılu yenə (Kozıkörpəçi) öyrətdi: “Arasan-karasan versə “öz payım” deyib içmə, “mənim payım” deyib iç!” – dedi.

42. Sonra Kozıkörpəç gəldi. Qara xan və xalqı onu yaxşı qarşıladılar. Kozıkörpəçi törə oturtmaq istədilər, ancaq Kozıkörpəç “Bəyin yeri ayrıca” – deyib onu ora, bunu bura itələyib keçib ayrıca yerdə oturdu. Sonra arasan-karasan gətirdilər, əvvəlcə Kozıkörpəçə verdilər. Kozıkörpəç “Bayansılunun payı” – deyib (qədəhi) başına çəkdi.

43. Qədəh ikinci dəfə dolanıb gəldi, ancaq Kozıkörpəç içmədi. “Öz payım deyib iç” – deyib içirtmək istədilər. Döymək istədilər, ancaq Kozıkörpəç qorxmadı. Ondan sonra yenə: “Anamın payı!” – deyib (qədəhi) başına çəkdi. Sonra üçüncü qədəh gələndə: “Ömrüm uzansın, öz payım!” – deyib başına çəkdi.

44. Arasan-karasan içəndə Bayansılu səksən atın yəhərinin tapqırını kəsir, təkcə Kozıkörpəçin ağ-boz atının yəhərini saxlayır. Kozıkörpəç oxumağa başlayanda Bayansılu Kozıkörpəçin üzünə əl yaylığını atdı.

45. Kozıkörpəç tez eşiyə çıxdı, ağ-boz atına çapıb getdi. Bayansılu ağ-boz atını bayırda tutub saxlamışdı. Xanın xalqı çıxıb: “Kozıkörpəçi tutun, tutun!” – deyib çığıra-çığıra qaldılar. Bu səksən at Kozıkörpəçi silahsız tutub öldürmək üçün hazırlanmışdı. Xanın adamları çıxıb ata minəndə baş-ayaq oldular. Kozıkörpəç çapanda dəmir körpüdə bir uşaq: “Ay igid, qoy dizinə ox atım!” – dedi.

46. Kozıkörpəç: “Bu uşağın atdığı ox mənə nə edəcək?” – dedi və ox atmasını izin verdi. Oxsa dizini yarıb getdi. Sonra Kozıkörpəç bir böyrü üstə qaldı. Addım ata bilmədi. Sonra o biri böyrünün üstünə kiçik Fəxri yerquşcığaz qondu. Bir məktub yazıb bu quşun qanadına bağlayıb harada yatdığını Bayansıluya bildirdi.

47. Quş məktubu Bayansıluya apardı. Bayansılu bu məktubu oxudu, Kozıkörpəçə məktub yazıb bir pavrsaq**** göndərdi. Bayansılu ikinci gün yenə bir boz torağayın qanadına qızıl iplə pavrsaq bağlayıb Kozıkörpəçə göndərdi.

48. Günlərin bir günündə yengəsi bundan xəbər tutub Bayansıluya: “Ay qız! Gəl geyimlərimizi dəyişdirək” – dedi. Sonra geyimlərini dəyişdirdilər. Həmin quşcığaz Bayansılu bilib yengəsinin qoluna qondu. Sonra həmin yengə bu quşu tutub əzişdirib yırğaladı: “Söylə, Kozıkörpəç hardadı?” – dedi.

49. Quş heç nə danışmadı. Ondan sonra Bayansılunun qardaşları şəhərə falçı axtarmağa getdilər. Onlara falçı dedi: “O quşu peçə atın, peçdə “cuk” deyib ölsə, Kozıkörpəçi bir böyrünün üstündə taparsınız” – dedi. Sonra Kozıkörpəçi öldürmək üçün Qara xanın bütün xalqı at, sığır minib gedirlər. Bayansılu saraydan çıxıb çardağa qalxdı, orda ağı dedi:

50. Sığır minən sığırlaşıb, yar-yar! Dayça minən daylaşıb, yar-yar! İndi doğma qızını ayağı kəsik madyan tək Qara Kökkəlin oğluna verirsən, Çığıran durna tək, – atasına (belə) söyləyib özü Kozıkörpəçi axtarmağa gedir.

51. Qara xanın səksən adamı Kozıkörpəçi öldürməyə çalışırlar, öldürə bilməyib ölümcül döyürlər. Hər yetən təpikləyir. (Ağrıya) dözə bilməyən Kozıkörpəç söylədi: “Mənim canımı belə ala bilməzsiniz. Ayaq tərəfimdə qılıncım var, məni ancaq onunla öldürə bilərsiniz” – dedi.

52. Sonra Kozıkörpəçi öz qılıncı ilə öldürürlər. Qara xanın xalqı Kozıkörpəçi öldürüb qayıdan kimi Qara xan sevinclə xəbər gətirən adama mükafat verdi. Qara xan sevinclə yenidən Bayansılu ilə Qara Kökkəlin oğluna toy şənliyi quranda Bayansılu qızların hamısına üç yüz axça verib, inci-mərcan götürüb, qırx qızla Kozıkörpəçin yanına getdi. Qızlarına: “Yürüyün qızlar, yürüyün!” – deyib baş alıb çıxıb getdi. Gedəndə belə söylədi: Yürüyün, yürüyün, qızlar,Yürüşək qızlar,Mirvari-mərcan,Səpələyək qızlar! – deyib mirvari-mərcanı sağa-sola saçır, qızlarsa bu mirvari-mərcanı yığa-yığa yolda qalırlar. Bayansılu gəzə-gəzə qızları aldadıb, (onlara) yolda mirvari-mərcan yığdırıb təkcə özü qalır.

53. Kozıkörpəçin yanına təkcə özü gəlir, dərdə dözə bilməyib Kozıkörpəçin cibindən qızıl saplı xəncərini çıxarıb iti tərəfini ürəyinə sancır. Kozıkörpəçi qucaqlayıb Bayansılu orda ölür. Qırx qız (Bayansılu) öləndən sonra gəlib çatırlar.

54. Qara Kökkəlin oğlu Bayansılunun ardınca gəlib həmin qızıl saplı xəncəri alır, iti tərəfini özünə sancır, Bayansılunu qucaqlayıb o da orda ölür.

55. Bayansılunun ata-anası bundan xəbər tutub, gəlib hər şeyi gör­dülər. Qara xan xalqına buyurdu ki, saray tiksinlər. Bayansılunu bu sarayda gömdülər. Sarayın şimal tərəfi qızıl, cənub tərəfi gümüş idi. Kozıkörpəç üçünsə çayın o biri sahilində oxşar saray tikdilər. Həm Kozıkörpəçin, həm də Bayansılunun (qəbrin)dən çıxan ağaclar suyun üzə­rindən sarmaşmaq istəyirlər. Ancaq Qara Kökkəlin oğlunun (qəbrinin) üstünə ayı pəncəsi çıxıb ikisini ayırmağa çalışır.

56. O suyun içində ağappaq iki ördək dan yeri ağaranacan qovuşmaq istəyir, ancaq dan yeri ağarır, qovuşa bilmirlər. Onları bir yaman quş qovuşmağa qoymayıb ayırır. Bunlar indi də o suda yaşayırlar.

QAYNAQ:

1. В.В.Радлов. Образцы народной литературы тюркских племен…, том IV, 1872.

2. Х.Х.Ярмухаметов. Сказание «Козы-Курпеш и Баян Слу» в устном творчестве сибирских татар. Народный эпос «Кузы-Курпес и Маян-Хылу» (сборник статей) Уфа, 1964.

3. Л.В.Дмитриева. Язык барабинских татар (материалы и исследования), Л., 1981.

4. Х.Ч.Алишина. Как нам сохранить язык сибирских татар? (Языки , духовная культура и история тюрков: традиция и современность. том I, Казан, 1992).

5. 1897 və 1926-cı il siyahıya alınmaları barədə mə’lumatlar internet say­tın­dan (http://www. turkoloq.narod.ru) götürülmüşdür.

Qeydlər:

* Hədiyyə, müjdə, muştuluq

** Müxtəlif içkilərin qarışığından hazırlanmış içki növü

*** Mərasimin keçirildiyi meydan, yer**** Süddə bişirilmiş xəmir xörəyi

Açar sözlər:

Yazar: Fərhad Fərhadlı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Benzer Paylaşımlar